Əyləcləri sıradan çıxan tramvay doqquz avtomobili vurdu - ANBAAN VİDEO

03:20 06-03-2021 432

Rusiyanın İrkutsk şəhərində əyləcləri sıradan çıxan tramvay doqquz avtomobili vurub.

“RİA Novosti”nin məlumatına görə, bu barədə RF Daxili İşlər Nazirliyinin İrkutsk Bölgəsi üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər verir.

Məlumata görə, tramvay sürücüsü nəqliyyat vasitəsində texniki nasazlığı görərək, sərnişinləri düşürüb və təmir işləri üçün depoya yollanıb. Bununla belə, qəzanın qarşısını ala bilməyib.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Qəzanın baş vermə səbəbi ilə bağlı yoxlamalara başlanılıb.