Kəmər taxmadığı üçün avtomobildən yerə yıxıldı – VİDEO

22:00 08-03-2021 560

Türkiyənin Amasya vilayətində yol nəqliyyat hadisəsi baş verib.

“Haber Global”ın məlumatına görə, minik avtomobili dönmə hərəkəti edərkən kiçik tutumlu yük avtomobili ilə toqquşub.

Toqquşma nəticəsində minik avtomobilinin sağ ön qapısı açılıb və salonda əyləşən, lakin təhlükəsizlik kəməri taxmayan sərnişin yerə düşüb.

Hadisə küçə dirəyində quraşdırılmış kamera vasitəsilə qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.