Əyləclə qaz pedalını qarışdırdı, faciənin astanasından döndü – FOTO/VİDEO

06:00 10-03-2021 611

“Porsche” sürücüsü idarəetməni itirib və çoxmərtəbəli dayanacağın divarını dağıdıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, hadisə Rusiyanın paytaxtında baş verib. Kadrlardan görünür ki, ağ avtomobil binanın üçüncü mərtəbəsindən divarı deşərək yarıya qədər çölə çıxıb.

Müfəttişlər qəzanın səbəbinin araşdırırlar. İlkin məlumatlara görə, sürücü əyləc və qaz pedallarını qarışdırıb.