Silvestr Stallonenin “Hakim Dredd” filmindəki avtomobili satışa çıxarılıb – FOTO

09:00 27-03-2021 558

Silvestr Stallonenin “Hakim Dredd” filmində istifadə etdiyi avtomobil satışa çıxarılıb.

Müvafiq elan “Craigslist.org” portalında yerləşdirilib.

1995-ci ildə istehsal olunmuş nəqliyyat vasitəsi heç də ürəkaçan vəziyyətdə deyil. Buna baxmayaraq, onun satış qiyməti 25 min dollardır.

Qeyd edək ki, filmin çəkilişləri üçün 31 ədəd belə avtomobil hazırlanıb.