Məşhur türkiyəli aktyor koronavirusa yoluxub - FOTO

04:40 07-04-2021 511

Türkiyəli məşhur aktyor Murat Yıldırımın koronavirus testi pozitiv çıxıb.

41 yaşıl aktyor “Instagram” hesabından səhhəti ilə bağlı paylaşım edib:

“Bir il qovduqdan sonra COVID məni də yaxaladı. Beşinci günündəyəm... Daha yaxşıyam, daha da yaxşı olacağam. Bütün dünyadan bu xəstəliyin getməsi üçün dua edirəm. Özünüzə yaxşı baxın”.