Van Qoqun əsərini uğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı - FOTO/VİDEO

01:40 08-04-2021 609

Niderland polisi pandemiya məhdudiyyətləri çərçivəsində bağlı olan muzeydən iki məşhur əsəri oğurlamaqda şübhəli bilinən 58 yaşlı kişini saxlayıb.

Bu barədə “Haber Global” xəbər verib.

Bildirilir ki, şübhəli şəxs Barn şəhərində saxlanılıb.

Qeyd edək ki, Vinsent Van Qoqun “Bahar bağı” və Frans Halsın dəyəri 15 milyon dollar (25,5 milyon manat) hesablanan “İki gülən oğlan” əsəri ötən il oğurlanmışdı.