Hollivud ulduzunun ən böyük arzusu - FOTO

07:00 11-04-2021 484

Hollivud ulduzu Ketrin Zeta Cons ən boyük arzusundan danışıb.

“Wall Street Journal”a müsahibə verən aktrisa bildirib ki, sağlıqlı qidalanır.

Onun sözlərinə görə, gələcək yaşlarını nəzərə alaraq belə etməyə məcburdur.

“Həqiqətən yaşlandığım zaman çoxlu vitamin qəbul edəcəm. Çünki həyatımın qalan hissəsi üçün ən çox istədiyim şey doyunca şirniyyat yeməkdir”, - deyə o bildirib.