Fransada xəstəxana qarşısında atışma: Ölən və yaralanan var - FOTO

17:40 12-04-2021 321

Fransanın Paris şəhərində Henri Dunant xəstəxanasının qarşısında atışma baş verib.

BFM telekanalı hüquq mühafizə orqanlarına istinadən xəbər verir ki, atışma nəticəsində bir qadın və bir kişi yaralanıb.

Yaralılardan birinin öldüyü bildirilir.

Şübhəli hadisə yerindən qaçıb. Hüquq mühafizə işçiləri onun axtarışına başlayıb.