Pirlodan Ronaldunun son hərəkətinə reaksiya: “Bu, təbiidir”

23:00 12-04-2021 358

“Yuventus”un baş məşqçisi Andrea Pirlo Kriştianu Ronaldunun İtaliya çempionatının son oyununda formasını yerə çırpmasına münasibət bildirib.

41 yaşlı mütəxəssisin fikirlərini “Sky Sport Italia” nəşri dərc edib.

“Bu, təbiidir. Kriştianu çempiondur və o, hər oyunda iz qoymaq istəyir. Klubun Ronaldunu cərimələyəcəyini düşünmürəm. O, qol vura bilmədiyinə görə məyus idi”, - deyə A.Pirlo qeyd edib.