Türkiyəli müğənnidən gözlənilməz hərəkət: Təyyarədə stüardessalara hücum etdi

02:40 13-04-2021 438

Türkiyəli müğənni Mehmet Erdemin ABŞ-a uçduğu təyyarədə çətin anlar yaşanıb.

“Takvim” xəbər verir ki, İstanbuldan Çikaqoya gedən Erdem uçuş zamanı spirtli içki içib.

Bundan sonra tez-tez sifarişlər verib və onunla gec maraqlanan stüardessalara acıqlanıb.

Müğənninin sənətinə yaraşmayan davranışlarla işçiləri təhqir etdiyi və olnara fiziki güc tətbiq etdiyi bildirilir.

Qeyd olunur ki, müğənni uçuş boyu davranışları ilə sərnişinlərə qorxulu anlar yaşadıb.