ABŞ-da yeniyetmələr darıxdıqları üçün ev yandırıb sosial şəbəkədə paylaşdılar

07:00 13-04-2021 355

ABŞ-ın Pensilvaniya ştatında dörd yeniyetmə qız darıxdıqları üçün ev yandırıb və videosunu sosial şəbəkədə paylaşıblar.

Bu barədə “New York Post” məlumat yayıb.

Hadisə aprelin 3-də qeydə alınıb. Polis müəyyən edib ki, yanğını 12-14 yaşlı yeniyetmə qızlar təşkil edib. Onlar saxlanılıblar.

Hadisə nəticəsində polis və yanğınsöndürmə briqadasının əməkdaşı yaralanıb.