Milli Məclisdən qurumların maliyyə fəaliyyətinə nəzarətlə bağlı yeni TƏKLİF

13:20 13-04-2021 413

“Büdcə təşkilatlarının maliyyə əməliyyatlarının vahid sistemə işlənməsini təklif edirəm. Hesablama Palatasının da bu sistemə girişi təmin edilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, bu sistem təşkil olunarsa, bütün qurumların maliyyə fəaliyyəti Hesablama Palatasının auditinə cəlb olunar və heç bir qurum bu auditdən kənarda qala bilməz:

“Bütün bunların həyata keçirilməsi üçün Hesablama Palatasının işçilərinin sayı artırılmalı, lazım gələrsə, qanunvericiliyə dəyişiklik edilməlidir. Təklif edirəm ki, Hesablama Palatası yoxlama subyekti olan qurumların əməkdaşları üçün təlimlər keçsin. Palata tərəfindən bu qurumlar üçün metodik vəsaitlərin hazırlanmasına ehtiyac var”.