Millət vəkili pozuntulara münasibət bildirdi: “Maliyyə intizamı gücləndirilməlidir”

14:00 13-04-2021 421

“Hesabatda aşkar edilmiş pozuntularla bağlı geniş təhlil aparılıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, palatanın verdiyi təkliflərin hökumətin qərarlarında öz əksini tapması Milli Məclis və hökumət arasında əməkdaşlığın bariz nümunəsidir:

“Bəzi sahələrdə, məsələn, dövlət satınalmalarında, müəyyən edilən nöqsanlar bu sahələrdə daha ciddi tədbirlərin görülməsini zəruri edir. Maliyyə intizamı həmin sahələrdə gücləndirilməlidir. Dövlət büdcəsi genişlənməkdədir. Hesabatda rast gəlmədiyimiz bələdiyyələrin də fəaliyyətinin audit olunması tərəfimizdən palataya tövsiyə olunub. Palatanın fəaliyyətində istinad edəcəyi yeganə ən güclü mənbə qanunlar və qərarlardır. Dövlət satınalmaları ilə bağlı yeni qanunun hazırlanması artıq bitmək üzrədir”.