Gürcüstan baş naziri müsəlmanları Ramazan ayı münasibətilə təbrik etdi

15:40 13-04-2021 268

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəsinin müsəlman əhalisini Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Bu barədə apsny.ge məlumat yayır.

“Bütün Gürcüstan müsəlmanlarını Ramazan ayının başlaması münasibətilə ürəkdən təbrik edirəm və onu layiqli, sadiq və səbirli başa vurmağınızı diləyirəm.

Ortaq vətənimizin sosial həyatına, gələcəyinin qurulmasına verdiyi böyük töhfənizi çox yüksək qiymətləndirirəm.

Bənzərsiz mədəniyyətiniz və ənənələriniz ölkəmizin sərvətidir, müxtəlifliyinin ayrılmaz hissəsidir.

Sizə və ailələrinizə cansağlığı, firavanlıq və əmin-amanlıq diləyirəm”, - deyə gürcüstanlı nazir bildirib.