“Latsio”nun ulduzu Avropa nəhənglərinin maraq dairəsində

16:40 13-04-2021 359

“Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Nəşr qeyd edir ki, yay transfer mövsümündə komandadan ayrılması gözlənilən futbolçu ilə “Real”, “Mançester Yunayted” və PSJ maraqlanır.

Bununla belə “Latsio”nun Çempionlar Liqasına vəsiqə qazanacağı halda futbolçunun komandanın düşərgəsində qalması da istisna edilmir.