Bakıda motosikletlə avtomobil toqquşdu, xəsarət alan var

01:20 14-04-2021 351

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Ziya Bunyadov prospektində motosiklet yolun kənarında hərəkətsiz vəziyyətdə dayanan 90-RL-176 Saipa markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində motosikletin sürücüsü xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.