Mayda bir həftə ictimai nəqliyyat işləməyəcək - QƏRAR

17:20 19-04-2021 411

May ayında ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti bir həftəlik dayandırılacaq.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq.