COVID-19-a təkrar yoluxmanı gənclər üzərində araşdıracaqlar

02:00 20-04-2021 364

Oksford Universitetinin alimləri koronavirusa təkrar yoluxmanı araşdırmaq üçün gənclər üzərində tədqiqatlar aparacaq.

“Sky News”un məlumatına görə, iştirakçılara 5 min funt (11 758 dollar) ödəniləcək.

Təcrübədə koronavirus keçirmiş 18-30 yaş arasında gənclər iştirak edəcək. Onlar bilərəkdən yenidən virusa yoluxdurulacaq, 17 gün təcrid ediləcək, immunitet sisteminin reaksiyasına nəzarət ediləcək və ehtiyac olduğu təqdirdə müalicə olunacaqlar.

Tədqiqatçılar COVID-19-a yoluxub sağaldıqdan sonra meydana gələn immunitetin nə dərəcədə və hansı hallarda yenidən infeksiyaya qarşı qoruduğunu, həmçinin hansı miqdarda virusun təkrar yoluxmağa səbəb olduğunu öyrənmək istəyirlər.