Deputat: “Hadrutda məskunlaşma daha tez zamanda mümkün ola bilər” - VİDEO

11:20 23-04-2021 332

“Bəzi yaşayış məntəqələrimizdə məskunlaşma prosesinin daha tez reallaşdırılması mümkündür”.

Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

“Qarabağdakı yaşayış məntəqələrimizdən bəzisi daha qısa zamanda məskunlaşmaq üçün hazır olacaq. Məsələn, Hadrutun qısa zamanda bərpası mümkündür. Bundan başqa bəzi kəndlərimizin model olaraq bərpası nəzərdə tutulduğu üçün artıq bununla bağlı konkret
vaxtlar elan olunacaq”.

Millət vəkili onu da qeyd edib ki, Qarabağda aparılan bərpa prosesində iştirak etmək üçün Macarıstan, İran və Pakistan tərəfindən təşəbbüs olub.