Çində baş verən güclü yanğında səkkiz nəfər həlak olub - VİDEO

11:40 23-04-2021 347

Çinin Şanxay şəhərində yerləşən sənaye mərkəzində baş verən güclü yanğın nəticəsində səkkiz nəfər həlak olub.

“RİA Novosti” agentliyi bu barədə Şanxay şəhər rəhbərliyinin açıqlamasına istinadən xəbər verir.

Qeyd olunur ki, yanğın Szinşan rayonunda yerləşən “Shanghai Shengrui Electronic Technology” şirkətinin sənaye obyektlərindən birində baş verib.

Axtarış-xilasetmə əməliyyatı gecə saatlarında aparılıb.

Nəticədə xilasedicilər səkkiz nəfərin meyitini aşkarlayıblar. Ölənlərdən ikisi alovu söndürməyə çalışan yanğınsöndürənlər olub.

Yanğının başvermə səbəbləri hələlik açıqlanmır.