Bulvarda rəngarəng uşaq festivalı - FOTO

03:18 21-06-2019 1112

Bakı Dənizkənarı Bulvarın, Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə bulvarda “Baku Soul of Art and Dance” festivalı keçirilib.
 
Trend-in məlumatına görə, festival artıq bir neçə ildir ki, yay mövsümündə həftə sonları keçirilir. 
Növbəti festivalda Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, İran və Türkiyədən gələn rəqqasların biri-birindən möhtəşəm rəqs şouları və ifaçıların çıxışları nümayiş olunub.
 
Festivalın ilk günündə “Youthvision 2019” ölkəmizi təmsil edən gənc müğənni Nadir Rüstəmli Xəzər sahilində yerləşən səhnədə çıxış etdi, daha sonra isə həmin səhnədə Azərbaycan, Gürcüstan, Rusiya və Türkiyədən gələn rəqs qruplarının çıxışları olub. Gürcüstanlı gənc rəqqasə qız azəri rəqsi olan “Ceyrani” rəqsini azərbaycanlılara gürcülər tərəfindən hədiyyə edərək, rəqs edib.
 
Festivalın ikinci günündə Azərbaycan, Ukrayna və İrandan rəqs qrupları və ifaçıların çıxışları olub. Konsert zamanı yaş kateqoriyaları arasında ən kiçik yaş olan 5 yaşlı azərbaycanlı qız solo rəqsi ilə hər kəs tərəfindən çox bəyənilib.
 
Musiqi və rəqs festivalı çərçivəsində peşəkar xoreoqrafların ustad dərsləri də təşkil olunur. Rəqs etməyi öyrənmək istəyən hər kəs açıq rəqs dərslərində iştirak edə bilər. Dərslər müxtəlif beynəlxalq müsabiqələr və çempionatların qalibləri olan peşəkar müəllimlər tərəfindən keçirilib.