İqtisadçılardan yaxınlaşan qlobal böhran barədə XƏBƏRDARLIQ

03:40 11-05-2021 496

Qlobal iqtisadiyyat üçün mövcud monetar stimullaşdırma 2025-ci ildə yeni iqtisadi böhrana səbəb olacaq.

Bu barədə “İzvestiya” “Makroiqtisadi Analiz və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi”nin (TsMAKP) hesabatına istinadən məlumat yayır.

Mütəxəssislər dünya iqtisadiyyatının inkişafı üçün iki əsas ssenari hazırlayıblar.

Əsas varianta görə, koronavirus pandemiyası bu ilin ortalarında sona çatacaq, qlobal ÜDM artımı ildə 4% olacaq və onilliyin sonunda neft qiymətlərinin bir bareli 82-85 dollara qalxacaq.

“Strategiya böhranı” ssenarisinə görə, pandemiya 2022-ci ilin ortalarına qədər uzanacaq, dünya ÜDM artımı ildə 2-3% olacaq və onilliyin ilk yarısında neft qiymətləri 50-55 dollara düşəcək və 2030-cu ilin əvvəlinə qədər 65 dollar olacaq.

“2025-ci ildə dünya ÜDM-nin artım tempi 1-2%-ə qədər azalacaq”, - deyə mütəxəssislər bildirir.