Ekranda kuryoz texniki nasazlıq aparıcını qəhqəhələrə boğdu - VİDEO

03:00 15-05-2021 579

ABŞ-ın “Fox 9” telekanalında baş verən texniki nasazlıq hava proqnozunun aparıcısı Cennifer Mak Dermedi qəhqələrə boğub.

Bununla bağlı görüntüləri “Daily Mail” yayımlayıb.

Kadrlardan görünür ki, canlı yayım zamanı qadının çoxsaylı “klonları” yaranır.

“Ooo… bu, əladır! Amma nə baş verir? Həqiqətən nə baş verdiyini anlamıram”, - deyə aparıcı hadisəyə ilk şərhini verir. Bundan sonra isə o bərkdən gülməyə və yeni stop kadrlar üçün müəyyən hərəkətlər etməyə başlayır.

Texniki nasazlıq tezliklə aradan qaldırılsa da, Mak Demed verilişin sonuna qədər gülməyini saxlaya bilməyib.