Sloveniya şirkəti hiperkar istehsal etdi - FOTO

06:54 09-08-2019 853

Sloveniyanın “Tushek Supercars” şirkəti Böyük Britaniyada keçiriləcək “Salon Privé” sərgisində “TS 900 H Apex” modelini təqdim edəcəyinə söz verib.

HerGun.Az rus KİV-inə istinadən xəbər verir ki, prototip 2012-ci ildən hazırlanır və konveyrə gedib-getməyəcəyi hələ məlum deyil.

Rodster üslubunda olduğu üçün hiperkarın dam örtüyü yoxdur və üç mühərriklə təchiz edilib.

4.2 litr həcmli, kompressorlu V8 mühərriki iki elektrik mühərriki ilə paralel çakışır. Aqreqatların ümumi gücü 963 at gücüdür. Mühərrik 6 pilləti sekvental sürətlər qutusu ilə təchiz edilib.

“Tushek” yerindən 100 km/saat sürəti 2.5 saniyəyə əldə edir və maksimal sürəti 380 km/saat təşkil edir. Superkar xrom-molibden materialından hazırlanıb. Çəkisi cəmi 1410 kq-dır. Bununla yanaşı, “Brembo” əyləc mexanizmi və “Pirelli Trofeo Series R” şinləri ilə təchiz edilib.

Şirkətin rəhbəri isə 54 yaşlı sloveniyalı yarşıçı Aleşa Tuşekdir. O, 2004-cü ilə qədər “Citroen” komandasında çıxış edib. Bildirilir ki, yeni model 7 sentyabr tarixində təqdim ediləcək.