Ərdoğan və Putin İranın yeni prezidentini təbrik etdi

18:00 19-06-2021 708

Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin İranın yeni seçilmiş Prezidenti İbrahim Rəisini təbrik ediblər.

Türkiyə Rabitə Nazirliyindən verilən açıqlamaya görə, Ərdoğan seçim nəticələrinin İran xalqı üçün xeyirli olmasını diləyib:

“Yeni vəzifənizdə uğurlar diləyir, ölkələrimiz arasındakı əməkdaşlıq ruhunun bütün sahələrdə möhkəmlənməsini arzulayıram, dost və qardaş İran xalqının rifahı üçün ən xoş arzularımı bildirirəm”.

Qeyd edək ki, İranda 13-cü prezident seçimlərində İbrahim Rəisi ölkənin 8-ci prezidenti seçilib.

İranın Moskvadakı səfirliyindən verilən məlumata görə, Putin Rəisini seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edərək, Rusiya ilə İran arasında müxtəlif sahələrdə konstruktiv əməkdaşlığın, habelə iki dövlət arasında beynəlxalq məsələlərdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.