“Neftçi” və “Olimpiakos” komandalarının start heyəti açıqlanıb - YENİLƏNİB

20:00 28-07-2021 413

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Neftçi" və Yunanıstanın "Olimpiakos" klublarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

"Neftçi": 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soareş, 14. Romen Bask, 24. Yusuf Laval, 26. Ömər Buludov. 29. Samir Buqrin, 36. Mamadu Kane

Baş məşqçi: Samir Abasov

"Olimpiakos": 88. Konstantinos Tsolakis, 3. Ruben Semedu, 9. Ahmed Hassan, 18. Pyer Kunde, 19. Giorqos Masuras, 24. Husseynu Ba, 25. Svetozar Markoviç, 27. Kenni Lala, 28. Matyö Valbuena, 66. Pape Sisse. 90. Vasilis Surlis

Baş məşqçi: Pedro Martins

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 21:00-da start götürəcək.

09:40

Bu gün Azərbaycanın “Neftçi” klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçına çıxacaq.

HerGun.Az xəbər verir ki, rəqib 46 dəfə Yunanıstan çempionu olmuş və 28 dəfə həmin ölkənin kubokunu qazanmış məşhur “Olimpiakos” klubudur.

Afinanın Pirey qəsəbəsində keçirilmiş ilk görüşdə Yunanıstan çempionu 1:0 qalib gəlib. Komandamız güclü rəqibi ilə vəziyyəti eyniləşdirmək üçün istənilən minimal hesablı qələbə qazanmalı və matçı penaltilərə aparmalıdır. Minimum iki qol fərqi ilə qələbə isə “Neftçi”ni III təsnifat mərhələsinə adladacaq. Məğlubiyyət isə komandamızın yoluna UEFA Avropa Liqasının III təsnifat mərhələsində davam etməsi anlamına gələcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

21:00 “Neftçi” – “Olimpiakos” (Yunanıstan)

Hakimlər: Rikardo de Burqos, Roberto del Palomar, Xon Nunyes, Adrian Kordero (hamısı İspaniya)

Bakı. “Bakcell Arena”

Səbuhi Musayev