Xaçmazda toya gələn qadın ölüb

22:40 28-07-2021 39

Qusar rayonunda Xaçmaz rayonuna toya gələn qadın naməlum səbəbdən vəfat edib.

“Report” xəbər verir ki, bədbəxt hadisə şəhər ərazisində qeydə alınıb.

Qusar rayonunun Suvacal kənd sakini, Səmayə Xudbəddin qızı Xanbabayeva toya gəldiyi “Şahzadə” şadlıq sarayının qarşısında qəflətən halı pisləşib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da onun artıq vəfat etdiyi məlum olub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma.