“Qarabağ” qalib gəlsə, “Neftçi” məğlub olsa: Konfrans Liqasının pley-offundakı potensial rəqiblər bəlli oldu

01:40 01-08-2021 451

Futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsində qarşılaşacaq potensial rəqiblərin siyahısı açıqlanıb.

Bu barədə UEFA məlumat yayıb.

Azərbaycan klublarının da pley-off mərhələsindəki mümkün rəqibləri bəlli olub.

3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - AEL (Kipr) cütünün qalibi 1-ci qrupda səpələnmişlər siyahısında yer alacaq.

Pley-offa yüksələcək komanda aşağıda qeyd olunan cütlərin birinin qalibi ilə qarşılaşacaq.

ÇSKA (Sofiya, Bolqarıstan) – “Osiyek” (Xorvatiya)

“Pasuş de Ferreyra” (Portuqaliya) – “Larne” (Şimali İrlandiya)

“Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya)

“Çukariçki” (Serbiya) – “Hammarbü” (İsveç)

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Neftçi” - HİK (Finlandiya) cütünün məğlubunun Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri də müəyyənləşib.

Sözügedən görüşün məğlubu Konfrans Liqasının pley-off mərhələsinin püşkündə Çempionlar yolunda səpələnmişlər siyahısında yer alacaq və aşağıda qeyd olunan cütlüklərdən birinin qalibi ilə qarşılaşacaq.

“Makkabi” (Hayfa, İsrail) – "HB Torshavn" (Farer adaları)

“Linfild” (Şimali İrlandiya) – “Fola” (Lüksemburq)

“Şemrok Rovers” (İrlandiya) – “Teuta” (Albaniya)

“Riqa” (Latviya) – “Hibernians” (Malta)

“Priştina” (Kosovo) – “Bodo Qlimt” (Norveç)

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi avqustun 2-də keçiriləcək.