Eminemin məşhur mahnısında gizli mesaj aşkarlanıb - VİDEO

06:20 01-08-2021 41

Eminemin pərəstişkarı reperin ən məşhur mahnılarından birində gizlədilən mesajı açıqlayıb.

“Mirror”un məlumatına görə, bu barədə “TikTok” istifadəçisi KJ özünün media hesabından məlumat verib.

O, Eminemin “My Name Is” mahnısını tərsinə oxudan bir video yayımlayıb. Kadrda Eminemin tərs ifada “Mən Emineməm” dediyi eşidilir.

 

KJ bu tapıntının 1999—cu ilin hit mahnısının insanların düşündüyündən daha dahiyanə olmasının sübutu adlandırıb. Sosial şəbəkə istifadəçiləri bu iddia ilə razılaşıblar. Video az müddətdə çoxlu bəyənmə toplayıb.