Günel Məhərrəmova müxbiri necə aldatdı?: “Bizi çətin vəziyyətdə qoydu” - VİDEO

13:40 01-08-2021 338

ARB TV-nin “Onun Sirri” verilişinin mövsüm finalı olub. Son buraxılışda ötən mövsüm ərzində yaşananlar müzakirə edilib.

Verilişin müxbirlərindən olan Aytac Vəlibəyli ifaçı Günel Məhərrəmova ilə bağlı maraqlı açıqlama edib:

“Günel Məhərrəmova ilə bağlı sirr tapmışdıq. Onunla müsahibəyə getdik. Olduğu məkana gedib bir saatdan çox gözlədik. Sonradan öyrəndik ki, həqiqətən orada olub, sadəcə bizim orada olduğumuzu bilib başqa qapıdan çıxıb getmişdi”.