Tokio-2020: Güləşçilərimiz mübarizəyə başladı

08:00 02-08-2021 529

Azərbaycan güləşçiləri Tokio Olimpiadasında mübarizəyə başlayıb. 

HerGun.Az xəbər verir ki, qadın güləşçimiz Elis Manolova (68 kq) 1/8 final mərhələsində onqat Afrika çempionu, Bakıda İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Blesinq Oborududu (Nigeriya) ilə üz-üzə gəlib.

Manolova rəqibinə 2:13 hesabı ilə uduzub. Oborududu finala çıxacağı təqdirdə, Azərbaycan təmsilçisi bürünc medal üçün təsəlliverici görüşə qatılmaq imkanı əldə edəcək.

Yunan-Roma güləşində isə Rafiq Hüseynov (77 kq) dünya və Avropa mükafatçısı Aleks Byurberi Kesidislə (İsvç) qarşılaşıb. 1:1 hesabı ilə başa çatan görüşdə Rafiq son xalı qazandığı üçün 1/4 finala vəsiqə qazanıb.

İkiqat Avropa çempionumuz Rafiq Hüseynov növbəti mərhələdə Akjol Mahmudovla (Qırğızıstan) güləşəcək.

Səbuhi Musayev