Meşə yanğınlarından qaçan ayılar insanlardan yardım istəyir - VİDEO

03:40 03-08-2021 415

Rusiyanın Saxa-Yakutiya Respublikasının ərazisində baş verən meşə yanğınları nəticəsində alovdan qaçan ayılar magistral yollara çıxır.

REN TV xəbər verir ki, avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yola çıxan meşə sakinləri yollarda hərəkəti iflic edib. 

Xüsusən insanların onlara su və qida atacağını bilən ayılar ehtiyacları qarşılamayana qədər avtomobil yolundan çəkilmirlər.

Sürücülər bəzi hallarda avtomobillərinin sürü halında gəzən ayılar tərəfindən əhatəyə alındığını söyləyiblər.