Güclü sel dağları yarıb şəlalə kimi axmağa başladı - VİDEO

05:20 03-08-2021 417

Türkiyənin Hakkari vilayətinin Yüksəkova bölgəsində yağan leysan yağışları nəticəsində güclü sel müşahidə olunub.  

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, hadisə vaxtı yaxınlıqda olan insanlar bu təbiət hadisəsini telefonları ilə qeydə alıblar.

Görüntülərdə güclü selin dağların arasından şəlalə kimi axması xüsusi diqqət çəkir.