Banqladeşdə toy mərasiminə ildırım düşdü: 17 ölü, 8 yaralı

01:20 05-08-2021 459

Banqladeşdə toy mərasimi yasa çevrilib.

“TRT Haber” məlumat verir ki, Padma çayı sahilində keçirilən şənliyi ildırım vurub.

Hadisə nəticəsində 17 nəfər ölüb, bəy də daxil olmaqla 8 nəfər yaralanıb.

Bütövlükdə, bu ilin ilk yarısında ölkədə ildırım vurması nəticəsində 201 nəfərin həyatını itirdiyi bildirilib.