Əfqanıstanda müdafiə nazirinin evinə basqın edənlər məlum olub

07:40 05-08-2021 464

Əfqanıstan müdafiə nazirinin evinə edilən görə məsuliyyəti “Taliban” öz üzərinə götürüb.

Bu barədə “Tolo News” xəbər verib.

Bir gün əvvəl naməlum şəxslər Əfqanıstan hərbi qurumunun rəhbəri Bismilla Xan Məhəmmədi və parlamentin aşağı palatasının deputatı Əzim Bağlaninin Kabildəki evlərinə giriblər.

Hücum zamanı Bismilla Məhəmmədi evdə olmayıb, onun ailəsi isə vaxtında təxliyə edilib.

Son məlumatlara görə basqında səkkiz nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.