ŞƏHİD AİLƏLƏRİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞ
12 avqust 2021-ci il tarixdə Beyləqan rayon Heydər Əliyev Mərkəzində rayonun Dünyamalılar kənd şəhid ailələrinin üzvləri ilə görüş keçirilmişdir. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı il keçirilən tədbiri Mərkəzin direktoru Xəyalə Kərimova açıq elan etdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Torpaqlarımızın azadlığı uğurunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova çıxış edərək 44 günlük vətən müharibəsindən, Silahlı Qüvvələrin Ali Baş Komandanı müzəffər İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun işğalçı ermənistan ordusuna qalib gələrək qələbə çalmasından danışdı. Bu döyüşlərdə Beyləqan rayonunun igid oğullarının, o cümlədən Dünyamalılar kəndinin qəhrəman şəhid və qazilərindən söz açdı. Şəhid ailələrinə Allahdan rəhmət dilədi.
Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov çıxış edərək 44 günlük Vətən müharibəsində xalqımızın birliyindən, həmrəyliyindən, igid oğullarımızın qəhrəmanlığında söz açdı. Ali Baş Komandan müzəffər İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Zəfər tarixinə imza atdığından danışdı. Qeyd etdi ki,2020-ci il ata-baba torpaqlarımızın işğalçı ermənilərdən azad olunması ili kimi,Zəfər ili kimi tarixə yazıldı .
Dünyamalılar kənd Ağsaqqallar Şurasının sədri İsgəndər Tağıyev, “Quruluş ” qəzetinin təsisçisi və baş redaktoru Elman İsrafiloğlu, Şahid ailə üzvü Samirə Abdullayeva, tarix müəllimi Məhəbbət müəllim , Kürdəmir Regional Mədəniyyət Evinin məsul işçisi Nazim Çıraq və başqaları çıxış edərək 44 günlük vətən müharisbəsində Azərbaycanın şanlı Ordusunun işğalçı ermınilər üzərindəki qələbəsindən danışdılar. Xalqımızın qəhrəman oğullarının vətən müharibəsində göstərdikləri şücaətdən, rəşadətdən bəhs etdilər.Çıxış edənlər qələbə sevincini xalqımıza bəxş edən Ali Baş Komandan Müzəffər İlham Əliyev başda olmaqla, Azərbaycan Silahlı Qüvvələrinin zabit və əsgərlərinə minnətdarlıqlarını bildirdilər. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan da danışdılar. Sonda bütün şəhidlərə Allahdan rəhmət, qazilərə Allahdan şəfa dilədilər.
Sonda tədbir iştirakçıları şəhid ailələri ilə xatirə şəkli çəkdirdilər.
Elman İsrafiloğlu