Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində Şəhid bulağının açılış mərasimi

23:24 13-08-2021 545

    12 avqust 2021-ci il tarixdə Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində  şəhid Toğrul  Habil oğlu Xuduyevin  xatirəsinə şəhid bulağının açılış mərasimi oldu.

    Bulaq kompleksinin açılış mərasimində  Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev,İcra  hakimiyyətinin  məsul işçiləri, rayonun Hüquq mühafizə  orqanlarının rəhbərləri, hərbiçilər, şəhid ailələrinin  üzvləri, birinci Qarabağ və İkinci Qarabağ müharibəsi veteranları, qaziləri,  qeyri hökumət  təşkilatlarının nümayəndələri, mətbuat işçiləri, qəsəbə sakinləri iştirak etmişlər

            Əvvəlcə Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirildi.

Birinci Qarabağ və  44 gün davam edən Vətən müharibəsində şəhid olan igidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək  44 günlük  Vətən müharibəsində  Beyləqan igidlərinin  Silahlı Qüvvələrin Ali Baş Komandanı Müzəffər İlham Əliyevin rəhbərliyi ilə  ata-baba torpaqlarımızın  işğaldan azad etməsində göstərdikləri rəşadətdən danışdı. Vətənin  qəhrəman övladlarının  sayəsində  erməni işğalçılarına  qalib gələrək  Qəlbə bayramını  qeyd etdiyimizi  bildirdi. Çıxışının sonunda  bütün şəhidlərə Allahdan rəhmət eləsin, Qazilərimizə Allah şəfa versin dedi.

    Sonra Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Şəhidimizin atası  Habil  Xudiyevlə birlikdə   Bulaq kompleksinin  onündən  ağ örtüyü  götürdülər.

Tədbir iştirakçıları  bulaq kompleksi önünə  tər gül-çiçək dəstələri düzdülər.

Şəhidimizin atası  Habil Xudiyev çıxış edərək, şəhid ailələrinə göstərilən diqqətə görə Ölkə Rəhbəri, Ali Baş Komandan İlham Əliyevə  şəhid ailələri adından təşəkkürünü bildirdi. Bütün şəhidlərə Allahdan rəhmət dilədi.

   Şəhid Tağı Məmmədov adına  Qəhrəmanlı qəsəbə tam orta məktəbin  şagirdləri  şəhidlərə, vətənə aid  şeirlər oxudular.

    Şəhid Toğrul Xuduyev  44 günlük  vətən müharibəsində Füzuli, Xocavənd, Şuşa  uğrunda gedən döyüşlərdə  döyüşb.  9 noyabr 2020-ci il tarixdə Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.

   Azərbaycanın  ərazi bütövlüyünün təmin  edilməsi  uğurunda   döyüş əməliyyatlarına  qatılan və hərbi hissə qarşısında  qoyulmuş tapşırıqların icrası zamanı  vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün , döyüş əməliyyatlarında  göstərdiyi şəxsi igidliyə, şücaətə görə  Azərbaycan  Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  ölümündən sonra  “Vətən uğurunda”,   “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə ” medalları ilə təltif edilib.

Elman İsrafiloğlu