Sükansız və pedalsız elektromobil istehsal olunacaq

07:40 06-09-2021 487

“Tesla” şirkətinin yeni modeli barədə bəzi məqamlar məlum olub.

Şirkətin sahibi milyarder İlon Mask səhmdarların iclasında bu barədə açıqlamalar verib.

2023-cü ildə satışa çıxarılacaq yeni “Tesla” ekonom sinfinə aid olacaq.

Elektromobildə sükan və pedallar olmayacaq. O, yalnız avtopilot rejimində hərəkət edəcək.

Yeni “Tesla” 25 min dollara satışa çıxarılacaq.

Ekonom sinfinə baxmayaraq, model daha tutumlu batareya ilə təchiz olunacaq.

Mənbə: Motor.ru