Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO

07:00 16-09-2021 479

Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib.

Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması əks olunub. Qadın onun qarşısını kəsmək istəsə də, bu cəhdi uğursuzluqla nəticələnib.

Mənbə: “Daily Mail”