Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO

06:40 18-09-2021 386

Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb.

Hələ ki, bu iki hadisənin bir-birinə aidiyyətinin olub-olmaması məlum deyil.

Polis baş verənlərlə bağlı cinayət işi qaldırıb.