DİQQƏT: Yaxın zamanda güzəştli mənzillərin satışına başlanılacaq - VİDEO

16:20 20-09-2021 448

Gəncə Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı ilə bağlı tezliklə elan veriləcək.

Mənzil İnşaatı Dövlət Agentliyindən HerGun.Az-a verilən məlumatda bildirilir ki, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində 6,23 hektar ərazidə yerləşən layihə 12 doqquzmərtəbəli və 6 onikimərtəbəli olmaqla 18 yaşayış binasından ibarətdir.

Bu binalarda ümumilikdə 986 mənzil var. Bunlardan 48-i birotaqlı, 68-i studio tipli, 318-i ikiotaqlı, 466-sı üçotaqlı, 86-sı isə dördotaqlıdır.