Balotellidən onu “beyinsiz” adlandıran Sərgən Yalçına CAVAB – FOTO

00:40 22-09-2021 401

Bir zamanlar İtaliya millisindəki və müxtəlif nüfuzlu Avropa klublarındakı çıxışı ilə yadda qalan, hazırda isə Türkiyənin “Adana Dəmirspor” klubunda forma geyən Mario Balotelli “Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçına özünəməxsus şəkildə cavab verib.

Belə ki, məşqçi işləməmişdən əvvəl, şərhçilik etdiyi zamanlarda bir televiziya proqramında Balotellini tənqid edərək onu “beyinsiz” adlandıran Sərgən Yalçın illər sonra bu sözünün cavabını meydanda alıb. 

Türkiyə Super Liqasının növbəti turu çərçivəsində adıçəkilən komandalar arasındakı matç zamanı forvard 79-cu dəqiqədə fərqlənib və üzünü “qara qartallar”ın ehtiyat skamyasına çevirərək müəyyən jestlər edib. Bu hərəkətinə görə futbolçu sarı vərəqi ilə cəzalandırılıb.

Qeyd edək ki, İstanbulda baş tutan qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Mənbə: “Haber Global”