Azərbaycan Taekvondo Federasiyasının ilk prezidenti vəfat etdi - FOTO

13:20 22-09-2021 421

Azərbaycan taekvondosuna ağır itki üz verib.

HerGun.Az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF) ilk prezidenti Süleyman Məmmədli vəfat edib.

Ölkədə taekvondonun təşəkkül tapmasında böyük xidmətləri olmuş S.Məmmədli 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, S.Məmmədli 2002-ci ilədək Taekvondo Federasiyasının prezidenti olub. Ondan sonra bu vəzifəyə hazırda fövqəladə hallar naziri olan Kəmaləddin Heydərov seçilib.

O, son günlərədək Azərbaycan Hapkido Federasiyasının prezidenti idi.

Səbuhi Musayev