Goranboyda qətl törədilib

22:40 22-09-2021 293

Goranboy rayonunda yerli sakin öldürülüb.

HerGun.Az xəbər verir ki, 1966-cı il təvəllüdlü Fərrux Qasımov qəsdən “Niva” markalı avtomobillə vurularaq öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən Goranboy rayonunun Buzluq kənd sakini, 1956-cı il təvəllüdlü Əmraslan Nağıyev saxlanılıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, F.Qasımovla Ə.Nağıyev qudadırlar, Əmraslan Nağıyev İkinci Qarabağ müharibəsi şəhidi gizir Vüsal Nağıyevin atasıdır.

İlhamə Əbülfət