ABŞ-da vaksinə qəribə cəlbetmə: “Peyvənd olunmayın!”

03:00 24-09-2021 289

ABŞ-ın Şimali Karolina ştatında qeyri-adi üsulla koronavirus peyvəndinə diqqət çəkilib.

Belə ki, ştatın ən böyük şəhəri Şarlottanın küçələrində dəfn bürosunun reklamı və “Peyvənd olunmayın!” yazısı olan yük maşınları dolaşır.

Sakinlərin sözlərinə görə, bu qeyri-adi şüar həqiqətən də diqqəti cəlb edir.

Yük maşını şəhərin ətrafında gəzir, görünüşü ilə insanları peyvənd olunmaları barədə düşündürür.