“Baskervillər iti” kitabının orijinal əlyazmasından bir səhifə hərraca çıxarılır - FOTO

05:40 24-09-2021 401

ABŞ-ın Dallas şəhərində “Baskervillər iti” (“The Hound of the Baskervilles”) kitabının orijinal əlyazmasından salamat 37 səhifəsindən biri satışa çıxarılır.

Lotun ilkin dəyəri 145 min funt sterlinq (336 297 manat) olacaq.

Orijinal əlyazma 185 səhifədən ibarətdir. Bu gün həmin əlyazmanın ancaq 37 səhifəsi qalıb. Onların bəziləri Nyu-York Xalq Kitabxanasında saxlanılır.

Satışa çıxarılan səhifə kolleksiyaçı tərəfindən hərraca çıxarılacaq.

Mənbə: “Daily Mail”