Zabihullah Mücahid: “Beynəlxalq ictimaiyyətin irəli sürdüyü şərtlər bizim üçün məqbul deyil”

07:40 24-09-2021 311

Beynəlxalq ictimaiyyətin Əfqanıstanın yeni hökumətini tanımaqla əlaqədar irəli sürdüyü şərtlər “Taliban” üçün məqbul deyil.

Bu sözləri Əfqanıstanın mədəniyyət və informasiya naziri kimi təyinat alan Zabihullah Mücahid söyləyib.

“Hökumətimizin yalnız beynəlxalq ictimaiyyət tərəfindən irəli sürülən şərtlər daxilində tanınması qəbuledilməzdir”, - deyə Zabihullah Mücahid bildirib.

“Taliban” hərəkatının üzvü bildirib ki, bu şərtlər beynəlxalq hüquq prinsiplərini pozur.

Z.Mücahid bəyan edib ki, “Taliban” digər dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan sıx diplomatik əlaqələr qurmağa çalışır.

Mücahid əlavə edib ki, yeni hökumətin tanınması onların və bütün Əfqanıstan xalqının haqqıdır.

Mənbə: “Sky News Arabia”