Bakıda avtomobil yeniyetmə qızları vurub
01:00 26-09-2021 343
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Tbilisi prospektində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Allahverdiyeva Nigar Eldar qızını və həmyaşıdı Sofiyeva Ləman Əhməd qızını vurub.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Allahverdiyevaya sağ körpücük sümüyünün sınığı, L.Sofiyevaya isə bədənin müştərək travması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.