Soçidə ticarət mərkəzində atışma baş verib
01:40 26-09-2021 354
Soçidə yerləşən ticarət mərkəzlərindən birində atışma baş verib.
Hadisəyə səbəb kimi məişət zəminində münaqişə göstərilib.
22 yaşlı şəhər sakini travmatik silahdan atəş açıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Mübahisədə iştirak edən hər iki şəxs yaxalanaraq polis bölməsinə aparılıb.
Mənbə: Mk.ru