Avropa ölkəsində 1,5 il sonra sosial məsafə qaydası və maska məcburiyyəti ləğv edildi

08:00 26-09-2021 365

Niderland koronavirusla bağlı məhdudiyyətlərdə növbəti yumşalmanı elan edib.

Belə ki, ölkədə 1,5 ildən sonra nəhayət 1,5 metrlik sosial məsafə qaydası və maska taxmaq məcburiyyəti ləğv edilib.

Ölkədə həmçinin koronavirus testi mənfi çıxan, yoluxub sağalan və iki doza vaksin vurdurmuş şəxslər üçün tətbiq olunan “korona kart” layihəsi bu gündən etibarən qüvvəyə minib.

Mənbə: “TRT Haber”